Yaşayış məntəqələrinin təsnifatı.

Bəzi izahlar.

1. Suallara cavab yazanda təkrar etmək olmaz. Cavabları Roma rəqəmlərinin ( I , II , III ....) qarşısında yazmaq lazımdır.

2. III , V və VII bəndlər ancaq müvafiq məlumat olanda doldurulur.

3. Bəndlərin ardıcıllığı pozulmamalıdır. Suala cavab olmadıqda sıra nömrəsi saxlanılır, mənfi cavab alındıqda isə, sıra nömrəsindən sonra tire qoyulur.

4. Bəzən bir toponimin müxtəlif fonetik (tələffüz) variantları olur, məs: Buzovna, Bızovna, Bizovna. Belə hallarda I sualın qarşısında obyekt adının bütün variantlarını yazmaq lazımdır.

5. Bəzən bir neçə obyekt eyni adı daşıyır. Məs. Ağsu ( şəhər, rayon, çay, dağ, aşırım) və ya Bakı ( şəhər, buxta, arxipeloq) Sualın II bəndində bu fakt mütləq qeyd olunmalı və hər bir obyekt ayrılıqda qeydə alınmalıdır.

6. Bəzən coğrafi obyektlərə yeni rəsmi adlar verildiyi məlumdur, məs. Keçmiç Nasosnı- H.Zeynalabdin qəsəbəsi, Kirovski- Rəsulzadə qəsəbəsi, Qaryagin-Füzuli, Zubovka-Əlibayramlı, Petropavlovka- Sabirabad.

7. Obyektin nə üçün belə adladırılmasına aid bir-birinə zidd mülahizə, fikir, rəvayət və əfsanələr V sualın qarşısında qısa sürətdə yazılmalıdır.

8. Bir çox adların mənası aydındır. Məs. Neftçala, Dərəkənd, Türkoba və.s. Lakin mənası olmayan adlarda vardır . Məs. Şamaxı, Bərdə və s. Bir hissəsinin mənası aydın, digər hissəsinin mənası aydın olmayan adlarına da rast gəlirik. Məs. Baş Göynük, Orta Zəyzit, Bala Şəmkir və s. Bu adlarda baş, orta bala sözlərinin mənaları aydındır, Göynük, Zəyzit, Şəmkir adlarının mənası hələlik aydın deyil.

9. Qat, Talış, Kürd, Saxur, Ləzgi, Avar və.s. dillərə aid toponimlər qeydə alındıqda VII bənddə toponimin mənası verilməlidir. Suallarla əlaqədar qeydə alan şəxs xüsusi əsərlərindən, tədqiqatlarından, xəritə və arxiv materiallarından istifadə edilsə, onların adını VII bənddə tam şəkildə ( müəllifin adı, əsərin adı, nəşr olunduğu yer, tarixi və səhifəsi) göstərilməlidir.

Müəyyən ərazinin ( şəhər, kəhd, məhəllə,küçə) toponimləri qeydə alındıqdan sonra bütün materiallar birləşdirilib, onlar üçün ümumi başlıq yazılmalıdır. Başlıqda materialların toplandığı yerin ( şəhərin,kəndin ) daxil olduğu inzibati tayonu adı, obyektlərin miqdarı, evlərin sayı, əhalinin milli və etnik mənsubiyyəti, qeydçinin adı və qeydiyyatın aparıldığı tarix göstərilməlidir.Məs. Ağsu rayonu, Padar kəndi, 340 coğrafi və topoqrafik ad, 65 ev, əhalisi azərbaycanlı, qeydçi Məmməd Qasım oğlu Zeynallı, 25 sentyabr 1996-cı il.

Suallara cavab təxminən aşağıdakı nümunələrdə göstərildiyi kimi yazılmalıdır.

№1

I - Dərəçay

II - Çay, Zoğalavay çayının sol qolu

III –

IV – Şamaxı şəhərinin şərqindən axır. Yayda quruyur.

V - Dar dərədən axdığı üçün belə adlanır.

VI - Şamaxı şəhəri. Şamaxı rayonu.

VII- Bu çay indi quruyub. Su ancaq sel zamanı axır.

VIII- Cavadzadə Əhməd İsgəndər oğlu. Gəncə Dövlət Universitetinin II kurs tələbəsi. Ünvanı Gəncə şəhəri Sabir küçəsi ev 2.

IX – Mollazadə Əkbər Qasım oğlu 75 yaşında təqaüdçü Şamaxı şəhəri. X - 25 sentyabr, 2003 cü il.

№2

I – Salxım təpəsi / Salxım təpəsi.

II – Təpə

III –

IV – Bakıda Səttərxan adına zavodun şərqində çılpaq təpə.

V - Bakı şəhəri Nərimanov rayonu.

Bəzən məntəqələrin tipini aydınlaşdırmaq lazım gəlir.

Yaşayış məntəqələrinin təsnifatı.

Azərbaycanda bütün yaşayış məntəqələri şəhər və kənd məntəqələrinə bölünür. Respublika, rayon, vilayət tabeli, şəhərlər və şəhər tipli qəsəbələr Şəhər yaşayış məntəqələridir. İnzibati tabeliliyindən asılı olmayaraq kəndlər kənd yaşayış məntəqələridir. Respublika tabeli şəhərlər kateqoriyasına 40 mindən çox əhalisi olan, iri iqtisadi, mədəni, inzibati mərkəzlər, ölkə orqanları tərəfindən rəhbərlik edilməsi məqsədə uyğun sayılan şəhərlər aid edilir. Yaxın gələcəkdə iqtisadi və sosial cəhətdən daha inkişaf etmə, əhalisinin artması perspektivi varsa əhalisi 40 mindən az olan şəhərdə respublika tabeli kateqoriyaya aid edilə bilər. Respublika və vilayət tabeli şəhərlərə 10 mindən çox əhalisi, inkişaf etmiş sənayesi, mənzil fondu, ətraf rayonlar üçün iqtisadi və mədəni mərkəz sayılan şəhərlər aid aid edilə bilər. Rayon tabeli şəhərlərə əhalisi ən azı 5 min nəfər ( bunun 60%-dan çox fəhlə və qulluqçular və ailə üzvləri ), sənaye müəssisələri, sosial, mədən idarələri olan məntəqələrə aid edilə bilər. Rayon mərkəzi olan azı ikimin əhali yaşayan (əhalinin 50% dən çoxu fəhlə və qulluqçu ) məntəqələr şəhər tipli qəsəbələrdir. Bu kateqoriyaya sənaye müəssisələri, tikinti, dəmir yol qovşağı, ses və hidro texniki qurğu, sanatoriya müəssisələri yaxınlığında yerləşən ən azı 2 min əhalisi (bunun 60%-dən çoxu fəhlə qulluqçu) olan məntəqələr aid edilir. Əhalisi 2000-5000 olan, yaxın gələcəkdə inkişaf etmə və əhali artma prespektivi olan məntəqələr də şəhər tipli qəsəbə ola bilər. Kurort (yaylaq) qəsəbələri əgər müalicəyə və istirahətə bura gələnlərin sayı daimi əhalini ən azı 50% -ni təşkil edirsə, şəhər tipli qəsəbə ola bilər.

Rrayonlara, şəhərlərə, qəsəbə və kəndlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi qanunvericiliyə ciddi əməl olunmaqla hər bir təklif tələsikliyə və subyektivliyə yol verilmədən dərindən və hərtərəfli öyrənilməklə Azərbaycan Milli Məclisi tərəfindən həyata keçirilir. Hər bir təklif əvvəlcə Milli Məclis yanında Toponimiya Komissiyası tərəfindən baxılır və Milli Məclis üçün rəy hazırlanır. Bu məsələyə dair xahiş yalnız bələdiyyə şuralarının qəbul edilmiş qərarları olduqda irəli sürülə bilər. Naxçıvanda adlar bələdiyyələrin xahişi ilə vilayət Milli Məclis tərəfindən həyata keçirilir, Azərbaycan Milli Məclisi təsdiq edir. İki və daha artıq yaşayış məntəqəsi birləşdikdə adətən məntəqələrdən birinin adı saxlanılır. Yaşayış məntəqələrinə ad verilərkən və dəyişdirilərkən mövcud adların qoyulmasına yol verilmir. Respublika tabeli müəssisərlərə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi prezident fərmanı ilə həyata keçirilir. Yaşayış məntəqələrinin küçələrinə, meydanlarına, digər tərkib hissələrinə ad verilməsi yerli bələdiyyələr tərəfindən həyata keçirilir.

Təhkim olunmuş ərazisi və daimi əhalisi olan bütün yaşayış məntəqələri uçota və qeydə alınmalıdır.

Sakinləri çıxıb getmiş və ya başqa yerə köçmüş məntəqələr uçot məlumatından çıxarılmalıdır. Şəhərə birləşdirilən digər yaşayış məntəqələri də uçotdan çıxarılır.

Ad verilmə və dəyişdirilmə yeni məntəqədə yaşayan vətəndaşların ümumi yığıncağının qərarı, bələdiyyənin qərarı, irəli sürülən təkliflərin məqsədə uyğunluğunun əsaslandırılmsı, adın izahı, poçt- teleqraf və ya dəmir yol stansiyasının olması, müvafiq rabitə və yol orqanlarının rəyi ilə sənədləşir.