Yaddaş və verilənlərin tipləri

Misal 2.1.

# include <stdio.h>

void main()

{ printf(“ Azerbaycan, Baki\n”);

}

Bu proqramı necə işə salmaq istifadə edilən sistem­də­n ası­lı­dır. Məsələn, proqramı Dev-C++-da buraxmaq üçün File men­yu­­sundan New->Project… altmenyusunu seçib, şəkildəki kimi açılan pən­­cə­rə­də Console ApplicationC Projectqeyd edib OK düyməsini sıxmaq lazımdır:

 

 

Bundan sonra, aşağıdakı kimi pəncərə açılır:

 

 

Yeni ad verib Сохранитьdüyməsini sıxmaq lazımdır. Indi isə proqramın mətnini yığmaq olar.

 

 

Proqramın mətnini yığıb qurtardıqdan sonra Executemen­yu­­sundan Compile&Run(və ya F9) altmenyusu seçilir. Faylın yadda saxlanılması tələb olunur. Ad verib OK düyməsini sıxdıqdan sonra ekranda Azerbaycan, Baki sözləri çıxarılacaq.

#include direktivi <stdio.h> başlıq faylından (başlıq fay­­lı isə standart giriş- çıxış əməllərinə malikdir) ibarətdir.

main()- əsas proqramın adıdır, o eyni cür olub həmişə iştirak edir. main sözündən əvvəl gələn void sözünün mənası ondan ibarətdir ki, proqram konkret qiymət qaytarmır;

{ } - mötərizələri proqramın gövdəsini təşkil edir;

printf() – kiçik mötərizədə olan çıxış verilənlərinin çap funksiyasıdır.

Hər bir operator nöqtə - vergüllə qurtarır.

Proqramı C++-da yazsaq, əvvəldə olduğu kimi File men­yu­­sun­dan New->Project… altmenyusunu seçib, Console Ap­pli­ca­tionC++ Project(proqramC++-da yazıldığı üçün) qeyd edib OK düyməsini sıxmaq la­zım­dır:

 

 

Yeni Project-ə ad verib, OKdüyməsinisıxdıqdan sonra açılan pən­cə­rə­də proqramın mətnini yığmaq lazımdır:

 

 

#include <iostream.h>

#include <conio.h>

using namespace std;

int main (int argc, char *argv[])

{

cout <<”Azerbaycan, Baki\”;

getch();

return 0;

}

 

C++-da çıxış üçün cout operatoru istifadə olunur.

F9düyməsini sıxdıqdan sonra ekranda yenə də Azerbaycan, Baki sözləri çıxarılacaq.

Başlıq fayllar funksiyanın prototipinə malik olurlar. Pro­totip kompilyatora funksiyanın sintaksisi haqqında mə­lu­­mat­ verir. Əgər başlıq faylını istənilən mətn redaktorla açsaq, on­da onun daxilində qoşulan funksiyanın prototipini təsvir edən sətir aşkar etmək olar.

Misal 2.2.Hesablama elementi daxil olan C/C++proq­ra­mı­:

 

# include <stdio.h>

void main()

{ int a, b, c;

a=5;

b=12;

c=a+b;

printf (“c=%d\n”,c);

}

Proqramın ümumi quruluşu dəyişmədi, lakin bəzi əlavə­lər­ edildi.

int a, b, c; - tamqiymətli a, b, c dəyişənlərinin elanı;

int- dəyişənlərin tamlıq əlamətini göstərir.

a=5;b=12; ab dəyişənlərinə qiymət mənim­sə­dil­mə­si,

c=a+b; a b – ni toplayıb nəticəni c- yə mənim­sə­dir.

printf() – funksiyası %d konstruksiyasına malikdir, o, çe­vir­mə spesifikası adlanır. Onun yerində c dəyişəninin qiy­mə­ti duracaq, belə ki, % - yeri göstərir, d – qiymətin tipini (tam) gös­tərir. Çap sətri

c=17

şək­lində olacaq və kursor yeni sətirdə dayanacaq (\n- kur­so­ru yeni sətrə keçirir).

Adətən, proqramda giriş operatorundan da istifadə olunur.

Misal 2.3. ifadəsini hesablayan proqram.

# include <stdio.h>

# include<conio.h>

void main()

{ float a, b, c;

printf ("b ve c qiymetlerini daxil edin:\n");

scanf ("%f%f ",&b,&c);

a=b/c;

printf("a=%f / %f=%2.1f\n" ,b,c,a );

getch();

}

Burada float a, b,c - həqiqi tip üç dəyişənin elanı;

scanf (“%f %f”, &b, &c) isə b və c həqiqi ədədlərinin daxil olunma üsulunun təşkilidir.

Klaviaturadan ilk daxil edilən ədəd b-yə, növbəti isə c-yə mə­nim­sədiləcək.

printf(“a=%f / %f=%2.1f \n” ,b,c,a)- birinci %f yerində b qiy­məti, ikincinin yerində c, üçüncünün yerində isə a qiy­mə­ti 2.1 formatı ilə çap olunacaq.

getch() isə ekranın saxlanılması prosedurasıdır, <conio.h> başlıq faylında təyin olunmuşdur.

Beləliklə, C/C++- proqramın quruluşu belədir:

1) # include direktivi ilə başlıq faylları qoşulur;

2) istənilən proqram main() sözü ilə başlayır;

3) dəyişənin istifadə olunmasından əvvəl o, tipi gös­təril­mək­lə elan olunmalıdır.

Misal 2.4.Tərəfləri a, b, c olan üçbucağın perimetrini he­sab­­­­la­yın.

 

#include <stdio.h>

void main()

{ int p,a,b,c;

scanf("%d%d%d",&a,&b,&c);

p=a+b+c;

printf("p=%d\n",p);

getch();

}

Qeyd 1. Ədədi qiymətlərin çapı zamanı aşağı­da­kı spesifi­ka­­tor­lardan istifadə olunur:

%i və %d– işarəli tam ədəd,

%u- işarəsiz tam ədəd,

%f – sürüşkən vergüllü kəsr ədəd,

%n,mf – sabit vergüllü kəsr ədədlər. Burada n- tam, m- kəsr hissənin rəqəmlərinin sayını göstərir.

Qeyd 2. printf -lə yanaşı ekrana məlumatı çıxar­maq üçün puts funksiyasından da istifadə etmək olar. Bu zaman çap­­­dan sonra kursor avtomatik olaraq növbəti sətrin baş­lan­ğı­cı­na keçir.

Qeyd 3. Proqram sona çatdıqdan sonra proqramın iş­lə­­di­yi pən­­cərənin digər pəncərə ilə örtülməməsi üçün (mə­sə­­­lən, Nor­ton­ Commander – in mətn redaktoru pəncərəsi ilə) proq­­ramın so­nuna

print f(“ “);

getch ( );

instruksiyasını əlavə etmək lazımdır.

 

Yaddaş və verilənlərin tipləri