Müstəqil işləmək üçün tapşırıqlar

 

1.X[20] massivi verilmişdir. X mas­si­vi­nin müsbət və mənfi elementlərinin sayını tapın.

2.Tam ədədlərdən təşkil olunmuş iki birölçü­lü massiv verilmişdir. Bu massivlərdən yeni birölçülü mas­siv ya­ra­­­dan proqram yazın. Yaranmış yeni massivdə əvvəlcə mən­­­fi, sonra sıfır elementlər, daha sonra isə müsbət ele­mentlər yerləşsin.

3.Altırəqəmli nömrələnmiş biletdə əvvəlki üç rəqəmin cəmi sonrakı üç rəqəmin cəminə bərabər olarsa, belə bilet “xoşbəxt” bilet sayılır. Bilet kassasında 000000-dan 999999-a qədər nömrələnmiş millyon bilet olduğu məlumdursa, “xoşbəxt” biletlərin sayını təyin edən proq­­ram tərtib edin.

4.Dekart koordinat sistemində n sayda nöqtə öz koor­di­nat­la­rı ilə verilmişdir. Bu nöqtələrin hər biri digəri ilə düz xətlər vasitəsilə birləşdirilmişdir. Düz xətlərin hansının uzunluğunun maksimum olduğunu təyin edən proqram tərtib edin.

5.“Paskal üçbucağının” ilk 10 sətrini aşağıdakı səkildə ça­pa verən proqram tərtib edin:

a)

 

 

b)

6.Hər biri 100 ədədindən kiçik olan 20 sayda mənfi olmayan tam ədədi artma ardıcıllığı ilə düzməli.

7.Fibonaççi ədədi ardıcıllığının 20-ci elementini çapa verən proqram yazın.

8.Verilmiş m>0 ədədindən böyük birinci Fibonaççi ədədini çapa verən proqram yazın.

9.A(n,m) massivinin minimal və maksimal ele­ment­lə­ri­nin yerlərini dəyişdirən proqram tərtib edin.

10.Altproqramdan istifadə etməklə a(n,n) və b(m,m) massivlərinin baş və yan diaqonal elementlərinin cəmini hesablayan program yazın.

11.30 sayda təsadüfi götürülmüş ədəddən [10, 30] in­ter­va­lı­na düşən ədədlərin sayını tapın.

12.Klaviaturadan daxil edilən elementlərin “sehrli” kvad­rat təşkil etdiyini yoxlayan proqram yazın. Hər bir dia­qo­­­­­nal üzrə, bütün sütunlar və bütün sətirlər üzrə ele­ment­­lərinin cəmi eyni bir ədədə bərabər olan matris “sehr­­li matris” adlanır.

13.Üçtərtibli “sehrli matris” quran proqram yazın.

14.10x15 ölçülü tam ədədlərdən təşkil olunmuş matris verilmişdir. Matrisin bütün yəhərvari elementlərinin in­deks­­­lərini capa verən proqram yazın. Yəhərvari element o ele­ment hesab olunur ki, həmin element öz sətrinin ən kiçik ele­men­ti olsun, həm də eyni zamanda öz sü­tu­nu­nun ən bö­yü­k ele­menti olsun və ya əksinə.

15.x1<x2<……<xn həqiqi ədədlər ardıcıllığı və həqiqi y ədə­di verilir. xk<y<xk+1 şərtini ödəyən k ədədini təyin edən proqram yazın.

16.Verilmiş a0, a1, ......,a30, b0, b1......b30, c0,......., c30, x, y, z, həqiqi ədədləri üçün aşağıdakı ifadəni hesablayan proq­ram yazın.

 

17.Həqiqi tipli 50 elementdən ibarət a, b, c massivləri verilir. Aşağıdakı ifadəni hesablayan proqram yazın.

 

 

18.m sətir və n sütundan təşkil olunmuş tam ədədli A matrisi verilmişdir. Matrisin hər bir sətrinin maksimal ele­mentlərindən təşkil olunmuş B sütun matrisi yaradan proqram yazın və B matrisini çapa verin.

19.A(m, n) tam ədədli matrisi verilmişdir. Əgər matrisdə təkrarlanan sətirlər varsa, həmin sətri silən proqram ya­zın. Dəyişdirilmiş A matrisini ekrana çıxarın, tək­rar­la­nan sətirlər yoxdursa, onda “yox” məlumatı ekrana çı­xa­­rılsın.

20.n tərtibli kvadrat A matrisi və k (k<n/2) natural ədədi ve­rilmişdir. Massivin elementləri də natural ədədlərdir. A matrisində aşağı üçbucaqda yerləşən, k tərtibli bütün kvadrat matrisləri tapan proqram tərtib etməli. Göstərilən altmatrislər çoxluğunda bütün elementlərin cəminin maksimal qiymətini ekrana verin.

21.Ikiölçülü massivi verilmişdir. X massivinin hər bir sütunundakı maksimal elementi və onun indekslərini tapmalı. Maksimal element bir neçə sayda isə, nəticə kimi kiçik indeksli elementi götürməli.

22.N tərtibli kvadrat A matrisi və sərbəst hədlər olan B sü­tun–vektoru verilmişdir. Qauss–Jordan üsulu ilə tən­liyinin kökünü tapan proqram tərtib edin. X–də­yi­şən­lərin sütun–vektorudur. Hesablama prose­sin­də sıfra bölmənin yol­verilməzliyinə nəzarət etmək la­zım­dır. Əgər bütün dia­qo­­nal elementləri sıfra bərabər olar­sa, on­da matrisin birinci və ikinci sətirlərinin, həm­çi­nin B vekrorundan b1 və b2 ele­men­tlərinin yerini də­yiş­dirmək la­zımdır. X vektorunun tapılmış qiy­mət­lə­ri­ni ek­rana çı­xarın.