Li(ə.s)-nin məzlumiyyəti

Böyük hədisçi siqətül-islam[62] Kuleyni Sədirə əsaslanaraq belə yazır:

İmam Baqir(ə.s)-in hüzurunda idim. Orada Peyğəmbər(s)-in vəfatından sonra baş verən hadisələrdən və həzrəti-Əli(ə.s)-nin çətinliklərlə üzləşməsindən söz düşdükdə, oturanlardan biri İmam Baqir(ə.s)-dən soruşdu:

__ Allah sənin işini avand etsin, bəs Bəni-Haşimin şövkəti-şanı, qüdrəti nə oldu?

İmam Baqir(ə.s) buyurdu:

__ Bən-Haşimdən bir kəs qalmamışdı. Bəni-Haşimin şövkəti Cəfəri-Təyyar və Həmzə şəhadətə yetişəndən sonra iki nəfər zəif, gücsüz və təzəcə islamı qəbul etmiş kişi __ Abbas (Peyğəmbər(s)-in əmisi) və Əqil (Əli(ə.s)-nin qardaşı) qalmışdı ki, onlar da Məkkənin fəthində azad olmuşlardan idilər.

«Bilin və agah olun, Allaha and olsun! Əgər Həmzə və Cəfər sağ olsaydılar, o iki nəfər (Əbu Bəkr və Ömər) elə məqama yetişə bilməzdilər. Əgər onlar sağ qalsaydılar, o iki nəfər canlarını salamat qurtara bilməzdilər».

Elə məhz bu təkliyinə və məzlumluğuna görə də Əli(ə.s) minbərdə xütbə oxuyanda həmişə axırıncı sözü bu olardı: «Peyğəmbər(s) vəfat edən gündən mən həmişə məzlum olmuşam».

Müseyb ibn Nəcbə yazır: «Bir gün həzrəti-Əli(ə.s) xütbə oxuyarkən bir nəfər ucadan səsləndi: «Ey vay! Sənə zülm olundu». Həzrəti-Əli(ə.s) ona buyurdu:

__ Yaxın gəl!

O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:

__ Səhranın qum dənələrinin sayı və heyvanların tükü qədər mənə zülm olunmuşdur.

Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-ın yanından ötəndə demişdi:

__ Ey məzlum Əmirəl-möminin.

O zaman Həzrət ona buyurmuşdu:

__ Əzizim, mənə o qədər zülm olunubdur ki, onun miqdarı səhranın qumları və heyvanların tükü qədərdir.

Əbuzər Qəffari isə Əli(ə.s)-yə: «Məzlumların və zəiflərin şeyxi!» __ deyərək müraciət edərdi.

Böyük mühəddis Kuleyni belə bir faktı qeyd etmişdir:

İmam Hadi(ə.s) buyurmuşdur: «Əli(ə.s)-nin qəbrini ziyarət edəndə o Həzrəti bu sözlərlə ziyarət edin: «Salam olsun sənə, ey Allahın valisi, sən məzlum və haqqı qəsb olunanda səbir edən ilk şəxssən. Ölənə qədər Allahın rizayətini istədin. Şəhadət verirəm ki, sən şəhid olaraq Allaha qovuşdun. Allah sənin qatilini müxtəlif növ əzablarla cəzalandırsın. Hər dəfə onun əzabını təzələsin».[63]

Müəllif yazır: «Bu sözlər dərdlə dolu sinədən qalxan, alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin cüzi hissəsidir ki, qayaları suya döndərər».

Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən şerlər.

Biz bu hissəni şeyx Saleh Hillininin yazdığı şeri ilə bitiririk:

«Peyğəmbər(s)-in cənazəsi hələ yataqda ikən, kəfənə tutulmamış Ali-Mühəmməd(s)-ə zülm etdilər. O zaman Fatimə(s.ə)-yə dedilər: «Peyğəmbər(s)-in qızı, kölgəsində oturub ah-nalə etməsin deyə, ərak ağacını kökündən kəsdilər. Onlar odun yığıb elə bir evi yandırmaq istədilər ki, o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar Fatimə(ə.s)-nin evinə hücum edib, ona əl qaldıraraq bətnindəki körpəsini siqt etdilər. Bu mənfurlar öz rəhbərlərini qılıncla əsir edib çəkə-çəkə aparırdılar. Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi:

«Əmim oğlunu buraxın. Yoxsa saçımı açıb Allah dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah dərgahında Saleh(s) peyğəmbərin dəvəsi və o dəvənin balası məndən üstün deyildir. (Saleh(s) peyğəmbərin dəvəsini öldürənlər kimi siz də Allah əzabına düçar olacaqsınız.)»Bu zaman Fatimə(s.ə) ağlar gözlə, dərdli qəlblə Peyğəmbər(s)-in qəbrinə yaxınlaşdı. O vaxt müsibət toxumu qəlbində cücərdiyindən fəryad edib dedi: «Ah bir kömək edənim yoxdur ki, düşmənin şərini özümdən uzaqlaşdırım, ey ata! İndi camaat Samira[64] və inəyinə itaət edib Harundan (Əli(ə.s) burada Musa(ə.s)-nın qardaşı Harun(ə.s)-a bənzədilmişdir) üz döndərdilər. Atacan, hansı müsibətlərdən şikayət edim? Ömrümün axırına qədər bədənimdə izləri qalan qamçı zərbələrindənmi? Sənin fəraqından ötrümü ağlayım, ya həyat yoldaşımın haqqının tapdanmasınamı? Yoxsa qabırğamın sınmasından, ya bətnimdəki körpənin siqt olmasından şikayət edim? Atamın mənə etdiyi bəxşişlərinin və irsinin qarət olunmasındanmı, ya mənim məqamımı (atamın tövsiyələrindən sonra) tanıya-tanıya, bilə-bilə, qəsdən haqqımı inkar etmələrindənmi şikayət edim?

Atacan, onlar sənin iki yetimin Həsən və Hüseyn(ə.s)-i məzlum etdilər. Mən onlardan haqqımı tələb etdikdə onlar mənim haqqımı qəsb etdilər».