Bank sisteminin huquqi bazası və onun əhəmiyyəti

 

1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz mustəqilliyini bərpa etdi. Lakin Mustəqil Azərbaycan Respublikasının bank sisteminin, o cumlədən Mərkəzi Bankın yaradılması üçün hüquqi baza bundan bir qədər əvvəl formalaşdı. ``Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında`` Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun `` Bank sistemi və pul tədavülü`` adlanan 14-cü maddəsi bütövlükdə bu məsələləri əhatə edirdi. Həmin maddə Mərkəzi Bankın da statusunu və səlahiyyətlərini müəyyən etmişdir. Mərkəzi Bankın kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət münasibətlərini yenidən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyyat bank funksiyasını icra edən ali emissiya idarəsi elan edilmişdir.

Konstitusiya qanununa uyğun olaraq ``Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılması haqqında`` Azərbaycan Respublikası Prezisentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə dövlət Bankının keçmiş SSSR-i Sənaye-Tikinti Bankının, SSSR-i Aqrar-Sənaye Bankının Azərbayacan respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır.

1992-ci il 7 avqust tarixində ``Azərbaycan Respublikası Qanunu`` ilə yanaşı ``Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında`` Qanun da qəbul olunmuşdur. Həmin ayın 15-də Azərbaycan respublikasının milli valyutası – manat tədavülə buraxılmışdır. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi ``Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında`` qərar qəbul etmişdir. Həmin qanunda Mərkəzi Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.

1996-ci il 30 iyun tarixində ``Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında``, 14 iyun tarixində isə ``Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında`` Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına və etibarlı təşkilatlarının yaradılmasına imkan yaratdı.

<<Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında>> sonuncu qanun 2004-cü il 12 dekabrda qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

Azərbaycan Respublikasının banklar haqqında qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Milli Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, banklar haqqında Azərbaycan Respublikasının qanunu və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, banklar haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.

Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.

Banklar haqqında qanunun 3-cü maddəsinə əsasən bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar aşağıdakı kimidir:

3.1.Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətinı Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.

3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları ”Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.

3.4. Bu Qanunun 3.3-cü maddəsində göstətilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.

Banklar haqqında Azərbaycan respublikasının qanunu sonuncu dəfə 16 yanvar 2004- cü ildə qəbul edilib. Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılmasını, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsisz fəaliyyətin təmin edilməsi məqsədi ilə bankların təşkili ,daxili idarə edilməsi, fəaliyyətin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.

Mərkəzi bank haqqında Azərbaycan Respublikasının 10dekabr 2004-cü il tarixli qanunu bu qanun Azərbaycan respublikası Mərkəzi bankının hüquqi statusunu, onun məqsəd, funksiya, səlahiyyətlərini, idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

Bank fəaliyyəti ilə məşğul olmaq istəyən bütün qurumlar Mərkəzi Bankın lisenziyasına malik olmalıdır. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Bank fəaliyyətinin lisenziyalaşdırılması qaydası “Banklar haqqında” qanununa əsasən həyata keçirilir. Azərbaycan Dövlət Respublikasının qanunlarının tələblərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Sənədlər toplusu Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna uyğun olaraq ədliyyə nazirliyinə təqdim edilir. Bank dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün MB-a yazılı surətdə vəsatət verir. Banklar və bank fəaliyyəti haqqında qanununa əsasən bank lisenziyası almaq üçün banklar MB-a aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir.

1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

2. Təsis sənədləri(təsis müqaviləsi,nizamnamənin qəbul olunması,nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol və s.)

3. Hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və buna dair auditor rəyi

4. Rəhbərlərin və baş mühasibin peşə yararlılğı və məhkum olunub-olunmadıqları haqqında məlumaq, həmin şəxslər tərəfindən doldurulmuş anket.

Sənədlər tələblərə uyğun olduqda, Mərkəzi bank yeni kredit təşkilatı üçün müxbir hesabı açır və minimal nizamnamə kapitalının ödənilməsini tələb edir. Bank yalnız lisenziya aldıqdan sonra hüquqi şəxs kimi fəaliyyətə başlayır və bank sisteminə daxil olur. MB tərəfindən yeni kredit təşkilatına bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Lisenziya verilərkən, onun verilməsi haqqında qərarında MB kredit təşkilatına əsaslandırılmış şərtlər, məhdudiyyətlər qoya bilər.

Banklar haqqında qanunun 16-cı maddəsinə əsasən lisenziyanın geri götürülməsi aşağıdakı hallarda mümkündür.

1. kredit təşkilatlarının təsisçilərinin müraciəti əsasında

2. bankın bank qanunvericiliyini və MB_ın normativ aktlarının tələblərini mütəmadi pozduqda

3. Lisenziya alınması üçün təqdim edilən sənədlərdə yanlışlıq olduqda

4. lisenziyanın qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə

5. bank müflis elan edildikdə

6. Mərkəzi banka yanlış hesabat və məlumat verildiyi müəyyən olunduqda

7. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə.

8. filialın baş təşkilatından bank əməliyyatları aparılması alındıqda

9. kapitala və xüsusi ehtiyyatlara malik olmadıqda və öhdəlikləri yerinə yetirə bilmədikdə. Və s . qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

Lisenziya geri alınarkən, bu MBİH-nin qərarı ilə rəsmiləşdirilir və bütün səbəblər göstərilməklə kredit təşkilatına yazılı surətdə bildirilir. Bu haqqda Ədliyyə Nazirliyinə 5 gün ərzində məlumat verir və bu barədə rəsmi məlumat dərc etdirir.Bank lisenziyasının geri götürülməsi haqda qərar qüvvəyə mindiyi gündən bütün əməliyyatları dayandırır.

Mərkəzi bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlaının və əmanətçilərinin maraqlarını qorumaq məqsədi ilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını

Mərkəzi bank, banklar haqqında Azərbaycan Respublikasının qanunlarına, Mərkəzi bank-ın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübə-yəuyğun olaraq həyata keçirir. Mərkəzi bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.

Mərkəzi bank kredit təşkilatlarının öhdəlikləri üçün , kredit təşkilatları isə Mərkəzi bankın öhdəlikləri üçün cavabdeh deyil. Mərkəzi bank kredit təşkilatları üçün sonuncu inistansiya kreditoru kimi çıxış edə bilər.

Mərkəzi bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilmə-si üçün kredit təşkilatlarına xüsusi icazələrin , onların filial və şöbələrinə, nümayəndəlik fəaliyyətini həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə liseziyaların verilməsi və ləğv edilməsində müstəsna səlahiyyətə malikdir. Liseziyaların forma və məzmununu Mərkəzi bank müəyyənləşdirir.

Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti üçün Mərkəzi bank aşağdakıları həyata keçirir.

1. Bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir.

2. Kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar , xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları yaradılan xüsusi ehtiyyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir.

3. Hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və düzəlişlərin edilməsi barədə göstərişlər verir.

4. Qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında və onların törəmə təsərüfat cəmiyyətlərində yoxlamalar aparır.

5. Bank xidmətləri bazarında inhizarçılıq fəaliyyətinin qarşısının alınması məq-

sədi ilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır.

6. Banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarını müəyyən edir və tətbiqinə nəzarət edir.

7. Qanunla nəzərdə tutulmuş hallarda banklarım maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Mərkəzi bank bank qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir.

8. lisenziyası ləğv edilmiş banklar haqqında qanunvericiliyə müvafiq tədbirlər görür.

9. Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Kredit təşkilatları ilə qarşılıqlı fəaliyyət məqsədi ilə Mərkəzi bank kredit təşkilatlarının nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barədə məsləhətləşmələr apara , əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qrupları yarada bilər. Mərkəzi bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır, şikayətin verilməsi qərarın icrasını dayandırmır.

Kommersiya banklarının təşkilati və idarəetmə strukturu öz əksini onların Nizamnamənsində tapmışdir.

Bankların təşkili aşağıdakı formada həyata keçrilir:

1. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.

2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.

3. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.

4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.

Eyni zamanda “Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında” qanunun 20, 21, 22, 23, 24, 25, 26, 27 maddələri kredit təşkilatının nizamnaməsi, idarəetmənin strukturu, payçıların ümumi yığıncağı, müşahidə şurası, maliyyə-təftiş komissiyası və idarə heyətinin vəzifələri öz əksini tapmışdır. Bankların ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Səhmdarların ümumiyığıncağı iş planına uyğun olaraq növbəli və növbədənkənar ola bilər.Hər bir bank normal fəaliyyət göstərmək, özünün fəaliyyət strategiyasını hazırlamaq və fəaliyyətə nəzarəti həyata keçirmək üçün daxili strukturlarını yaradır və onlara aşağıdakılar daxildir.

a. Müşahidə Şurasını. Müşahidə şurası kredit təşkilatının fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Lakin o, icra səlahiyyətinə malik olan qurum deylildir. Kredit təşkilatının fəaliyyətində bəzi məsələlərin həlli üçün, əgər həmin məsələlərin icra səlahiyyyətlərini ümumi yığıncaq öz üzərinə götürməmişsə, mütləq Müşahidə Şurasının ya razılğı, ya da qərarı olmalıdır. Müşahidə şurasının tərkibi yığıncaq tərəfindən 4 ildən çox olmayan müddətə, səhmdarlar sırasından, 3 nəfərdən az olmayaraq tək sayda (5, 7, 9) seçilir.

b. Maliyyə-təftiş komissiyasını. Bu komissiya bankın ümumi yığıncağı tərəfindən 4 il müddətinə seçilir. Onun tərkibi ən azı 3 nəfər olmaqla tək sayda seçilir.Komissiyanın sədrini ümumi yığıncaq seçir.Maliyyə-təftiş komissiyası kredit təşkilatnın fəaliyyətində mühüm əhəmiyyətə malik olan bank qanunvericiliyinə riayət olunmasına, MB-ın normativ aktlarının icra edilməsinə və kredit təşkliatnın nizamnaməsinin icrasına nəzarət edir, həmçinin paralel olaraq mühasibat nəzarətini həyata keçirir.

c.İdarə Heyətini. O səlahiyyət müddəti ərzində kredit təşkilatını idarə edir və bütövlükdə onun fəaliyyəti üçün tam məsuliyyət daşıyır. İdarə Heyəti 3 nəfərdən az olmamaq şərti ilə dördillik müddətə seçilir. Onun tərkibinə həm kredit təşkilatının səhmdarları həm də kənar adamlar seçilə bilər. İH-nin qərarları adi səs çoxluğu ilə qəbul olunur. Üzvlərin sayı 3-dən çox olduğu hallarda qərar onların 60%-i iştirak etdiyi halda qəbul olunur. İH-nin əsas məqsədi bankın qarşısına qoyduğu funksiyaları yüksək səviyyədə yerinə yetirməkdir. Bunun üçün səmərəli kredit və investisiya siyasəti aparılmalı,sabit iqtisadi- maliyyə fəaliyyəti təşkil olunmalıdır.