Bn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin alınması

Məşhur sünni alimi İbn Əbil Hədid Cövhərinin «Əssəqifə» kitabında belə yazılır:

«Əbu Bəkr Ömərdən soruşdu:

__ Xalid ibn Valid hanı?

Ömər Xalidi çağırtdırdı. Əbu Bəkr Ömərlə Xalidə dedi:

__ Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin.

Ömərlə Xalid həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər. Xalid qapıda dayandı. Ömər evə keçib Zübeyrdən soruşdu:

__ Əlindəki qılınc nədir?

Zübeyr:

__ Bu qılıncı əlimdə tutmuşam ki, Əli(ə.s)-yə beyət edim.

Səhabədən bir neçəsi, o cümlədən Miqdad və Bəni- Haşimin hamısı evdə idi. Ömər qılıncı Zübeyrin əlindən qapıb evdə olan daşın üstünə zərb ilə vuraraq sındırdı. Sonra Zübeyrin əlindən tutub çölə çıxartdı. O, Xalidə dedi:

__ Zübeyrdə gözün olsun.

Xalid Zübeyri saxladı.

Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:

__ Qalx, beyət et![52]

Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini tutub dedi:

__ Ayağa qalx!

O Cənab(ə.s) itaət etmədi. Nəhayət, Ömər O(ə.s)-nu güc tətbiq edərək çölə çıxarıb Xalidə tapşırdı. Xalidin yanında çox adam var idi. Ömər öz yoldaşları ilə birlikdə Əli(ə.s) ilə Zübeyri zorla məscidə apardı. Camaat hər tərəfdən axışıb tamaşa edirdi, belə ki Mədinənin küçələri adamlarla dolmuşdu.

Fatimə(s.ə) Ömərin bu hərəkətini görəndə fəryad edib camaatın arasına gəldi. Bəni-Haşimdən və başqa qəbilələrdən qadınlar onu əhatəyə aldılar. Fatimə(s.ə) ucadan dedi:

__ Əbu Bəkr, nə tez Peyğəmbər(s)-in Əhli-beytinə hücum etməyə cəsarət etdin!? Allaha and olsun, mən daha ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm».

Ravi yazır: «Elə ki Əli(ə.s) və Zübeyr beyət etdi, fitnələr yatdı. Əbu Bəkr Fatimə(s.ə)-nin yanına gedib Ömərin bağışlanmasını xahiş etdi».

İbn Əbil Hədid (yuxarıdakı rəvayəti nəql edib öz fikrini bildirərək) qeyd edir: «Mənim fikrimcə, Fatimə(s.ə)-nin son nəfəsinə qədər Əbu Bəkr və Öməri dindirmədiyi bir həqiqətdir. Xanım(s.ə) onlardan incik getdi. Vəsiyyət etdi ki, onlar onun cənazəsinə namaz qılmaqda iştirak etməsinlər. Bu hadisə bizim səhabələrin nəzərincə, kiçik günahlardan sayılıb bağışlanılması mümkün olan şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr və Ömər Fatimə(s.ə)-yə ehtiram edib onun yüksək məqamına hörmət edəydilər. Lakin onlar ixtilaf və təfriqədən qorxub məsləhət bildikləri işi yerinə yetirmişlər. Onlar dində möhkəm yəqinliklə böyük məqam sahibləridirlər. Əgər belə hadisələr də sübuta yetirilmiş olsa, bu böyük günahlardan sayılmır. Əksinə, kiçik günahlardan sayılaraq təvəlla və təbərra (dostluq və düşmənçilik) meyarı olmamışdır». (İbn Əbil Hədid. «Şərhi Nəhcül-bəlağə» VI c, səh.50) İbn Əbil Hədidin bu mühakiməsi düzgündürmü? Belə əməlləri kiçik günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin.

Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc tətbiq edilməsi.

Əllamə Məclisi «Biharül-ənvar» kitabında Süleym ibn Qeys Hilali Kufiyə, Əban ibn Əyyam Süleymə əsaslanaraq belə bir faktı qeyd edirlər: «Peyğəmbər(s) vəfat edəndə hələ cənazəsini dəfn etməmiş müsəlmanlar Rəsuli-əkrəm(s) ilə bağladıqları əhd-peymanı pozub mürtəd oldular və Rəsulillah(s) tərəfindən təyin olunmuş yolun əksinə getdilər.

Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə tutub, namaz qılıb, dəfn etdikdən sonra evə qayıdıb Peyğəmbər(s)-in vəsiyyətinə əməl edərək «Quran»ı tərtib edib tənzimləməklə məşğul oııldu. Bu kimi işlər onu baş vermiş hadisələrdən kənarda saxladı. O zaman Ömər Əbu Bəkrə demişdi:

__ Hamı sənə beyət edibdir. Təkcə bu kişi __ Əli(ə.s) və Əhli-beytindən başqa. Bir nəfər göndər ki, gəlib beyət etsin.

Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:

__ Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin dəvətini qəbul elə.

Qunfuz bir neçə dəfə Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona yetirdi. Lakin Əli(ə.s) beyətdən imtina etdi.

Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar. Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-nin evinə yollandılar.

Fatimə(s.ə) qapının arxasında dayanmışdı. Hələ Peyğəmbər(s)-in matəm şalını başından açmamışdı. O, Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü. Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:

__ Ey Əbu Talibin oğlu, qapını aç.

Fatimə(s.ə):

__ Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl çəkmirsən?

Ömər:

__ Qapını aç. Yoxsa evə od vurub yandıraram.

Fatimə(s.ə):

__ Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim evimə daxil olub hücum çəkirsən?

Ömər öz fikrindən dönməyib qapıya od vurdu. Yarı yanmış qapını itələyib içəri daxil olanda Fatimə(s.ə) onunla qarşı-qarşıya gəlib fəryad etdi:

__ Ata can, ey Allahın Rəsulu!

Ömər qılıncı qınındaca qaldırıb həzrəti-Zəhra(s.ə)-nın qabırğa nahiyəsinə endirdi. O Xanımın naləsi göyə ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:

__ Ey atacan!

Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından tutub yerə vurdu. Ömərin burnundan qan açıldı. Həzrəti- Əli(ə.s) xəncəri çəkib onu öldürmək istəyəndə Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Peyğəmbər(s) ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi. Əli(ə.s) dedi:

__Yaxşı bilirsən ki, əgər həzrəti-Mühəmməd(s)-in vəsiyyəti olmasaydı, sən mənim evimə icazəsiz daxil ola bilməzdin.

Ömər fəryad edib köməyə çağırırdı. Bir neçə nəfər onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti çəkə-çəkə məscidə tərəf beyət etməyə apardılar. Fatimə(s.ə) də qapının kənarında dayanıb baxırdı. Qunfuz qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat edəndə qırmancın izləri onun qolunda hələ də qalmışdı. Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri sınmışdı və bətnində olan uşağı məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) yatağa düşüb aldığı həmin zədələrdən də şəhadətə yetişdi.