Li(ə.s)-nin qətli planı

Əllamə Təbərsi «Ehticac» kitabında yuxarıdakı əhvalatı qeyd etdikdən sonra sözünə davam edib İmam Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir:

«Əbu Bəkr Əli(ə.s)-nin sübutundan sonra məsciddən evə qayıtdı. Ömər ibn Xəttaba xəbər göndərib onu yanına çağırtdırdı. Ömər Əbu Bəkrin yanına gəldi. Onların arasında belə bir söhbət baş verdi:

Əbu Bəkr:

__ Əli(ə.s) ilə bu günkü söhbətimizin necə sona yetdiyini gördünmü? Əgər səhərisi günü onunla belə davransaq, şübhəsiz, bütün işlərimiz laxlayıb hakimiyyətimizin əsası süstləşəcəkdir. Bu barədə fikrin nədir?

Ömər:

__Mənim təklifim belədir ki, onun qətlə yetirilməsi üçün hökm verək.

Əbu Bəkr:

__ Necə, kimin vasitəsilə?

Ömər:

__ Xalid ibn Vəlid[69] bu işi yerinə yetirməyə münasib bir adamdır.

Onlar Xalidi çağırtdırıb ona dedilər:

__ İstəyirik, sənə böyük bir iş tapşıraq.

Xalid:

__ Hər nə istəyirsinizsə, tapşırın, Əli(ə.s)-ni qətlə yetirmək olmuş olsa belə, yenə də hazıram.

Əbu Bəkrlə Ömərə dedi:

__ Elə bizim də təklifimiz budur.

Xalid:

__ ııNecə desəniz, elə də yerinə yetirərəm. Onu necə öldürüm?»

Əbu Bəkr:

__ Məscidə gedib, camaat namazında Əli(ə.s)-nin yanında əyləş. Mən (imam camaat olduğundan) axırıncı salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan.

Xalid:

__ Çox gözəl. Siz deyən kimi edəcəyəm.

Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-beyt(ə.s)-in tərəfdarlarından idi) bu sözləri eşitcək öz kənizinə dedi:

__ Əli (ə.s) və Fatimə(ə.s)-nin yanına gedib mənim salamımı onlara yetirərsən. Əliyə(ə.s) de ki, «Bunlar səni öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri tərk et. Mən sənin xeyrini istəyənlərdənəm».(«Qəsəs» 20)

Cavabında isə Əmirəl-möminin(ə.s) kənizə belə buyurdu:

«Allah-təala onların özləri və məqsədləri arasında maneəçilik törədər». (Yəni onlar planlarını yerinə yetirə bilməyəcəklər.)

Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak etmək üçün məscidə gələrək səfdə əyləşdi. Xalid ibn Vəlid də belində qılınc gəlib Əli(ə.s)-nin yanında oturdu. Namaz başlandı. Əbu Bəkr namazın təşəhhüdünü deyəndə peşman olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə bələd oldüğündan qorxdu ki, qarmaqarışıqlıq düşər. Odur ki, həyəcanlı halda çaşbaş qalıb bilmədi ki, namazın salamını versin, ya yox? (Camaat da elə başa düşdü ki, yəqin namazda nəsə səhvə yol vermişdir.) Birdən Xalidi fikrinə gətirib dedi: «Sənə verdiyim tapşırığı geri götürürəm». Sonra isə ardınca dedi: «Əssəlamu ələykum və rəhmətullahi və bərəkətuhu».

Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:

__ O sənə nə tapşırmışdı ki?

Xalid dedi:

__ O, mənə səni öldürməyi tapşırmışdı?

Əli(ə.s)soruşdu:

__ Sən bu əmri yerinə yetirərdinmi?

Xalid:

__ Allaha and olsun, əgər namazın salamından qabaq məni bu işdən çəkindirməsəydi, səni öldürərdim.

Əli(ə.s) Xalidi möhkəm itələyib yerə yıxdı. Camaat tökülüşüb Xalidi Əli(ə.s)-nin əlindən almaq istədikdə Ömər dedi:

__ And olsun Kəbənin sahibinə, Əli Xalidi öldürəcək.

Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:

__ Səni and veririk bu qəbrin sahibinə (Peyğəmbər(s)-ə), Xalidi burax.

Həzrəti- Əli(ə.s) bu sözdən sonra onu buraxdı.

Əbuzər Qəffarinin söylədiyinə görə, həzrəti-Əli(ə.s) Xalidin boğazını iki barmağı ilə tutub elə sıxmışdı ki, Xalid boğuq səslə bağırmışdı. Camaat qorxusundan yaxına gələ bilmirdi. Hərə öz fikrində idi. Xalid libasını bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə bilmirdi.

Əbu Bəkr Ömərə dedi:

__ Budur, səninlə etdiyim məşvərətin nəticəsi alt-üst oldu. Elə bil, bugünkü hadisəni mən görürdüm, Allaha şükr edirəm ki, bizə toxunmadı.

Hər kim Xalidi Əli(ə.s)-nin qüvvətli əllərindən qurtarmaq üçün yaxın gəlirdisə, Onun (ə.s) qəzəbli baxışlarından dəhşətə gəlib geri çəkilirdi. Əbu Bəkr Öməri Abbası (Peyğəmbər(s)-in əmisi) çağırmağa göndərdi. Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:

__ Səni and verirəm bu qəbrin sahibinin haqqına (həzrəti-Mühəmməd(s)-in qəbrinə işarə edərək), öz övladlarına və onların anasının haqqına, Xalidi burax.

Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı.

Abbas Əli(ə.s)-nin alnından öpdü.

Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin yaxasından tutub dedi:

__ Ey Həbəşiyyə Səhhakın oğlu, əgər Allahın hökmü və Peyğəmbər(s)-in əhdi olmasaydı, hansımızın zəif və güclü olduğunu sənə göstərərdim.

Camaat araya girib Öməri Əli(ə.s)-nin əlindən aldı. Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:

__ Allaha and olsun, əgər Əli(ə.s)-ni öldürsəydiniz, Bəni-Təym (yəni tayfanızdan) tayfasından bir nəfər belə sağ qalmayacaqdı.